Site Logo

Dil Seçin
Bizi Arayın
0212 48 000 48 Hafta içi 09:00 - 19:00 | Cumartesi 09:00 - 14:00
Bize Yazın

Dünyanın farklı lokasyonlardaki ofislerimizin iletişim bilgilerine ulaşın, e-ticaret ile ilgili merak ettiğiniz her konuda bizimle iletişime geçin.

Teknik Destek

E-ticaret yazılımlarımızı kullanan müşterilerimize hem telefon ile, hem de ticket ile destek vermekteyiz.

Onlayn Mağazanızın Uğurunu Artıracaq 10 Əsas E-ticarət Əlavəsi

Onlayn Mağazanızın Uğurunu Artıracaq 10 Təməl E-Ticarət Əlavəsi

E-ticarət dünyasında effektiv şəkildə yer almaq və uğurlu bir onlayn mağaza idarə etmək doğru əlavələrdən (plaginlərdən) istifadə etməklə başlayır. İştə onlayn mağazanızı inkişaf etdirmək və uğurunu artırmaq üçün 10 təməl e-ticarət əlavəsi!

1. Onlayn Mağazanızın Görünüşünü Təkmilləşdirin

İlk təəssürat hər şeydir. Bu səbəbdən onlayn mağazanızın görünüşü və istifadəçi interfeysi müştərilərin alış-veriş qərarına təsir edən kritik bir amildir. Peşəkar bir dizayn və yüksek keyfiyyətli məhsul vizuallarından istifadə edərək müştərilərin sayta daxilolma və alış-veriş təcrübələrinə müsbət təsir göstərə bilərsiniz.

2. Müştəri Təcrübəsini Yaxşılaşdırın

E-ticarət dünyasında uğurun açarı müştəri təcrübəsini ən yüksək səviyyəyə çatdırmaqdan keçir. Razı qalan müştərilər sadiq müştərilərə çevrilir və brendinizin böyüməsinə töhfə verir. Müştəri təcrübəsini yaxşılaşdırmağınıza kömək edəcək bəzi kritik mərhələlər aşağıdakılardır:

  • Sürətli və Sorunsuz Yüklənmə
  • Saytdaxili Axtarış və Filtrasiya Seçimləri
  • Mobil Uyğunluq
  • Effektiv Müştəri Xidmətləri
  • Fərdiləşdirmə

3. SEO Dostu Bir İnfrastruktur İstifadə Edin

E-ticarətdə uğur axtarış sistemlərində üst sıralarda görünməyə əsaslanır. Açar sözlərdən, texniki təkmilləşdirmələrdən və keyfiyyətli məzmunlardan istifadə edərək SEO dostu bir infrastruktur formalaşdırın. Bu hal saytınızın daha çox trafik almasına, yəni daha çox ziyarətçiyə çatmasına kömək edir. SEO uzunmüddətli uğur üçün mühümdür.

4. Mobil Uyğun Bir Dizayn Seçin

E-ticarət dünyası Sürətlə mobil cihazlara tərəf yönəlir. Bu səbəbdən mobil istifadəçilərin alış-veriş təcrübəsini prioritetləşdirmək mühümdür. Mobil uyğun bir veb-dizayn müştərilərinizin hər hansı bir cihazda sorunsuz və xoş bir alış-veriş etməsini təmin edir. Potensial müştərilərinizi itirməməyiniz və gəlirlərinizi artırmağınız üçün bu kritik bir amildir. Mobil cihazlara fokuslanmaq e-ticarət biznesinizin böyüməsinə kömək edir.

5. Satışları Artırmaq Üçün Məhsul Müqayisə Əlavələrindən İstifadə Edin

Alış-veriş edərkən insanlar arasında tez-tez rast gəlinən bir hal məhsulları müqayisə etməkdir. Müştərilər ehtiyaclarına ən uyğun məhsulu seçmək üçün bir çox fərqli seçimi nəzərə almaq istəyirlər. Məhsul müqayisə əlavələri (plaginləri) ilə müştərilərinizə məhsulları ətraflı şəkildə araşdırmaq və müqayisə etmək imkanı təqdim edə bilərsiniz. Bu da satışları artırmağınıza şərait yaradır. Çünki müştərilər saytınızda özlərini daha məlumatlı və təhlükəsizlikdə hiss edirlər.

6. Yaxşı Bir Ödəniş Sistemi İnteqrasiya Edin

Müştərilərinizin onlayn alış-veriş edərkən rahat və təhlükəsizlikdə hiss etmələri uğurlu bir e-ticarət biznesi üçün kritik əhəmiyyət daşıyır. Xüsusilə fərqli ödəniş seçimləri təqdim edərək — kredit kartı, bank köçürməsi, rəqəmsal pul kisələri kimi — müştərilərinizə geniş seçim imkanı verir və alış-verişlərini fərdiləşdirmək fürsəti yaradırsınız. Müştərilərinizin ödəniş əməliyyatlarını asanlıqla və təhlükəsiz şəkildə həyata keçirmələrini təmin etmək onların mənunluğunu artırmağınız və sadiq müştəri kütləsi formalaşdırmağınız üçün mühümdür. Yaxşı bir ödəniş sistemi inteqrasiya edərək alış-verişlərinizi artıra və müştərilərinizin etibarını qazana bilərsiniz.

7. Sürətli və Təhlükəsiz Ödəniş Prosesi Təmin Edin

Ödəniş prosesi müştərilərinizin alış-veriş təcrübəsinin kritik bir hissəsidir. Müştəriləriniz həm şəxsi, həm də maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanıldığından əmin olduqda biznesinizə olan etibarları və buna bağlı olaraq mənunluqları da artır. Sürətli və təhlükəsiz ödəniş prosesi müştərilərinizin alış-verişlərini sorunsuz tamamlamasına kömək edir. SSL şifrələməsi kimi təhlükəsizlik tədbirləri ilə müştərilərinizin məlumatlarını qoruyaraq onlara etibar verə bilərsiniz. Ayrıca fərqli ödəniş seçimləri təqdim edərək ödəniş üsulunu onların seçiminə buraxa bilərsiniz. Bu şəkildə alış-veriş prosesini sadə, sürətli və təhlükəsiz hala gətirərək müştəri mənunluğunu artıra bilərsiniz.

8. Sosial Media İnteqrasiyası Edin

Müştərilərinizin asanlıqla sosial media platformalarında paylaşım etmələrini, məhsullarınızı sosial media üzərindən paylaşmalarını və rəy bildirmələrini təmin edin. Bu üsul müştərilərinizin dostları və izləyiciləri ilə brendinizi paylaşmalarına şərait yaradır. Beləliklə, üzvi şəkildə yeni potensial müştərilərə çatmağınız asanlaşır. Sosial media inteqrasiyası müştərilərinizlə daha yaxşı qarşılıqlı əlaqə (interaktivlik) qurmağınızı da təmin edir. Sualları cavablandırmaq, rəylərə cavab vermək və xüsusi təkliflər təqdim etmək kimi effektiv müştəri münasibətlərinin idarə olunması üçün bu platformalardan istifadə edə bilərsiniz.

9. Fərdiləşdirilmiş Məhsul Təkliflərindən İstifadə Edin

Müştərilərinizə adi bir alış-veriş təcrübəsi təqdim etməkdən daha irəli getmək istəyirsinizsə, fərdiləşdirilmiş məhsul təklifləri biznesinizi böyüdə bilər. Alış-veriş etdikləri zaman onların maraq dairələrinə və keçmiş alış-veriş seçimlərinə əsaslanaraq məhsullar təklif etmək, onları cəlb etmək və satışlarınızı artırmaq üçün güclü bir yoldur. Müştərilərinizin seçimlərini və alış-veriş tarixçələrini analiz edən alqoritmlərdən istifadə edərək onlara diqqətçəkən məhsulları nümayiş etdirə bilərsiniz. Bu sayədə veb-saytınızda daha çox vaxt keçirmələrinə və məhsul satın almalarına təkan verə bilərsiniz. Ayrıca onların fərdi seçimlərinə görə xüsusi promosyonlar və endirimlər təqdim edərək müştəri sədaqəti formalaşdıra bilərsiniz.

10. Effektiv Marketinq və Endirim Əlavələrindən İstifadə Edin

Marketinq kampaniyaları və endirimlər müştərilərinizin diqqətini çəkməyin və onları alış-veriş etməyə təşviq etməyin güclü vasitələridir. Müştərilərinizə təsir edən və onları hərəkətə keçirən diqqətçəkən marketinq kampaniyaları yarada bilərsiniz. Xüsusi günlər, tətil mövsümləri və ya xüsusi tədbirlər üçün endirimlər və promosyonlar təqdim edərək müştərilərinizin diqqətini çəkə bilərsiniz. Ayrıca e-poçt marketinqi və sosial media kampaniyaları kimi rəqəmsal marketinq üsullarından istifadə edərək daha çox insana çata bilərsiniz. Effektiv marketinq əlavələri kampaniyalarınızı idarə etməyinizə və izləməyinizə kömək edir.

Paylaş
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce