
E-Ticarət Saytı Qurma Xərci Nədir?
E-ticarətə yeni başlayanlar və onlayn satış sahəsində yüksəlmək istəyənlər üçün son dərəcə mühüm olan veb-sayt qurma xərci bir çox fərqli amili özündə birləşdirir. Xərclər müəssisənin ehtiyaclarına, seçilən platformaya, fərdiləşdirmə səviyyəsinə və server barındırma (hostinq) həllərinə görə dəyişə bilər. Budur, biz də bu məqalədə əhatə etdiyimiz xərc amilləri ilə e-ticarət saytı qurmaq yolçuluğunuzda sizə bələdçilik etmək istəyirik. Oxumağa davam edərək veb-sayt qurma xərci və çox daha fazlası haqqında ətraflı fikir sahibi olmağınız mümkündür.
E-Ticarət Saytı Qurma Xərclərini Hesablama Bələdçisi
Yuxarıda da qısaca qeyd olunduğu kimi, veb-sayt qurma qiymətləri saytın həcminə, server növünə, hostinq paketinə, nə kimi bir xidmətin göstəriləcəyinə və daha pek çox fərqli amilə görə dəyişiklik göstərə bilər. Ümumiyyətlə, e-ticarət saytı qurma xərclərinə təsir edən əsas bəndlər aşağıdakı kimi sıralana bilər:
- E-Ticarət Platformasının Xərci: Ödənişli və ödənişsiz e-ticarət platforması altyapı xidmətlərindən faydalanaraq veb-saytınızı qurub işlətməyə başlaya bilərsiniz. Ödənişsiz platformalar müəyyən miqyasda qalması gözlənilən e-ticarət saytları üçün kifayət edə bildiyi halda, onlarda da müəyyən fərdiləşdirmələr və eklentilər (plaginlər) üçün əlavə ödənişlər olunur. Aylıq və ya illik abunəlik haqqı qarşılığında razılaşılan platformalar isə paket xidməti şəklində işlədikləri üçün ödəniləcək məbləğ əvvəlcədən bəllidir və hər hansı bir gözlənilməz vəziyyət olmadıqca sürprizlərlə qarşılaşılmır.
- Domen Adı (Domain) Xərci: Domen adı xərci adətən illik olaraq dəyişir. “.com”, “.net” kimi yayğın genişlənmələr adətən daha baha olur.
- Hostinq Xərci: Hostinq xərci paylaşılan (shared) hostinq ilə başlayır və illik müəyyən ödənişləri olur. Lakin e-ticarət üçün optimallaşdırılmış bulud və ya VPS hostinq həlləri daha yüksək olacaqdır.
- SSL Sertifikatı Xərci: Təhlükəsiz ödəniş əməliyyatları üçün SSL sertifikatı vacibdir. Bir çox hostinq təminatçısı bunu ödənişsiz təqdim edir; lakin premium SSL sertifikatları illik müəyyən məbləğdə ödəniş tələb edir.
- Dizayn Xərci: E-ticarət saytınızın görünüşü üçün premium bir tema satın almağınız tələb oluna bilər. Temaların müəyyən bir şkalada qiymətləri olur. Xüsusi dizayn istənildikdə xərc daha da yuxarı qalxacaqdır.
- Eklenti (Plagin) Xərci: Əlavə funksiyalar və eklentilər üçün xərclər dəyişə bilər. Xüsusi kodlaşdırma tələbləri varsa, xərc artıram bilər.
- Marketinq və Reklam Xərci: Marketinq, SEO, sosial media reklamları kimi xərclər müəssisənin büdcəsinə görə böyük fərqlilik göstərə bilər.
Əlbəttə ki, bu xərclər seçilən platformanın təqdim etdiyi funksiyalara, texniki tələblərə və müəssisənizin miqyasından asılı olaraq dəyişə bilər. Xülasə, e-ticarət saytı qurma xərci müəssisənin ehtiyaclarına və üstünlük verdiyi həllərə görə geniş bir diapazonda dəyişir.
E-Ticarət Saytı Qurma Xərclərini Azaltmağın Yolları
Əslində bütün bu veb-sayt qurma xərclərini çəkmək məcburiyyətində deyilsiniz. Aşağıdakı başlıqları araşdıraraq veb-sayt açma xərcinizi necə minimum səviyyəyə endirə biləcəyinizi və sürpriz ödənişlərdən uzaqlaşmaq imkanını kəşf edə bilərsiniz.
Tək Paket, Bütün Ehtiyaclar
E-ticarət altyapı xidməti təmin edən platformalar adətən domen, hostinq, SSL sertifikatı və proqram təminatı dəstəyini tək bir paket halında təqdim edir. Bu tür paketlər ayrı-ayrı xidmətləri satın almaq əvəzinə tək bir müqavilə ilə xərcləri daha uyğun hala gətirə bilər. Ayrıca bu platformalar uzunmüddətli müqavilələrdə və ya yeni müştərilərə yönəlik endirimlər təqdim edə bilər. Yəni uzunmüddətli paket seçərək bu endirimlərdən yararlana bilərsiniz.
Kiçik Başlayıb Sürətlə Böyüyün!
E-ticarət saytınızın ilkin mərhələsində ehtiyacınız olan əsas funksiyalara malik bir paket seçmək xərclərinizi aşağı saxlamağınıza kömək edə bilər. Növbəti dövrlərdə ehtiyac duyduğunuz əlavə funksiyalar üçün üst paketlərə keçid edə bilərsiniz. Məsələn, T-Soft e-ticarət paketləri sizə adətən modulyar bir struktur təqdim edir. Yəni əsas funksiyalarla başlayıb ehtiyac olduqca əlavə modulları və eklentiləri satın ala bilərsiniz. Bu, başlanğıcda xərcləri minimuma endirərkən saytınızı ehtiyaca görə böyütməyinizə imkan yaradacaqdır.
Məzmun İdarəetmənizi Özünüz Edin!
E-ticarət platformalarının təqdim etdiyi məzmun idarəetmə sistemləri sayəsində məhsul təsvirlərini, vizualları və bloq məzmunlarını özünüz idarə edə bilərsiniz. Beləliklə, kənardan məzmun yazarı və ya dizayner tutmaq xərclərini minimuma endirmiş olursunuz. Məsələn, T-Soft e-ticarət paketlərində yer alan təlim və dəstəkdən yararlanaraq saytı öz başınıza daha effektiv şəkildə idarə edə və əlavə xərclərdən yayına bilərsiniz.
Fərdiləşdirmə və İnkişaf Dəstəyindən Yararlanın
T-Soft e-ticarət paketlərində bir çox daxili funksiya və imkanlar mövcuddur. Bu, xüsusi proqram təminatının hazırlanması və ya üçüncü tərəf eklentilərinə olan ehtiyacı azaldır. Başlanğıcda mövcud funksiyalardan istifadə edərək qənaət edə bilərsiniz. Platformanın təqdim etdiyi hazır temalardan istifadə edərək də xüsusi dizayn xərclərindən yayınmağınız mümkündür. Bu temalar adətən peşəkar görünüşlü olub ilkin mərhələdə ehtiyaclarınızı qarşılaya bilər.
Xidmət və Texniki Dəstəyi Unutmayın!
T-Soft paketlərindən birini satın aldıqda eyni zamanda dəstək və texniki xidmət de almış olursunuz. Bu, əlavə xarici resurslara ödəniləcək haqlardan qənaət təmin edir. Paket daxilindəki yeniləmələr və sistem yüksəltmələri ilə əlavə xərclər olmadan proqram təminatınızı güncəl saxlaya bilərsiniz. Bir güllə ilə bir neçə quş!
Bonus: Inteqrasiya Həlləri
E-ticarət platformaları adətən SEO alətləri, marketinq avtomatlaşdırılması və analitika kimi inteqrasiya olunmuş alətlər təqdim edir. Bu alətlərdən istifadə edərək xarici xidmət təminatçılarına olan ehtiyacı azalda və marketinq xərclərini nəzarət altında saxlaya bilərsiniz.
E-Ticarət Saytı Üçün Hansı Proqram Təminatları Tələb Olunur?
Bir veb-sayt xərci daxilində hansı bəndlər var, gəlin, daha yaxından baxaq!
- E-ticarət platforması
- Veb-hostinq proqram təminatı
- Məlumat bazasının idarəetmə sistemi
- Məzmun idarəetmə sistemi
- Ödəniş emalı proqram təminatı
- Təhlükəsizlik proqram təminatı
- SEO alətləri
- Marketinq və e-poçt avtomatlaşdırma alətləri
- Analitika alətləri
- Ehtiyat nüsxələmə və bərpa proqram təminatları
- Inventar idarəetmə proqram təminatları
- Müştəri dəstəyi proqram təminatları
Bütün bu bəndlər e-ticarət saytınızın düzgün işləməsi, təhlükəsizliyinin təmin edilməsi və müştərilərinizin yaxşı bir təcrübə yaşaması üçün vacibdir. Seçim edərkən ehtiyaclarınıza ən uyğun olan proqram təminatlarını seçmək həm xərcləri, həm də idarəetmə yükünü minimuma endirir.
E-Ticarət Saytı Üçün SEO Xərcləri və Əhəmiyyəti
Veb-sayt xərci mövzulu məqaləmizi SEO xidmətinin əhəmiyyəti ilə yekunlaşdırırıq. E-ticarət saytı üçün "Axtarış Sisteminin Optimizasiyası" mənasına gələn SEO xərcləri və əhəmiyyəti saytın görünürlüyünü artırmaq və daha çox üzvi trafik cəlb etmək baxımından kritik əhəmiyyətə malikdir. Budur, SEO-nun xərcləri və əhəmiyyəti haqqında təfərrüatlar:
- İlkin təhlil, strategiyanın hazırlanması və saytın auditi üçün müəyyən ödəniş qarşılığında SEO konsaltinq xidmətləri alına bilər. Daha sonra isə saytın altyapısını təhlil edərək SEO ilə bağlı problemləri müəyyən etmək və həll təklifləri təqdim etmək üçün texniki SEO auditləri aparıla bilər. Bütün bunlar da əlbəttə ki, ayrı bir xərc bəndi deməkdir.
- Açar söz araşdırması və strategiyasının formalaşdırılması da SEO-nun ən mühüm mərhələlərindəndir. Bunlar üçün ödənişsiz alətlər də mövcuddur, lakin məhsuldarlıq baxımından aylıq və ya illik müəyyən ödənişə tabi olan versiyaların istifadə edilməsi çox daha səmərəli və faydalı olacaqdır.
- SEO-ya uyğun məzmunlar hazırlamaq üçün məzmun yazarlarına ehtiyac olacaqdır. Məzmun yazma xərcləri ya layihə əsaslı, ya da sözbaşına və ya məqaləbaşına qiymətləndirilir.
- Saytdaxili SEO tənzimləmələri də kifayət qədər mühümdür. Meta teqləri, başlıq teqləri, URL strukturu və məzmun optimizasiyası kimi saytdaxili tənzimləmələr üçün SEO mütəxəssislərinə ehtiyac duyacaqsınız.
- Buna əlavə olaraq off-page (saytxarici) SEO xidmətləri də lazımdır. Sosial media idarəetməsi və xarici keçidlərin (backlink) formalaşdırılması kimi off-page SEO fəaliyyətləri üçün əlavə xərclər ola bilər.
- Son olaraq SEO məhsuldarlığını izləmək və lazım olan yeniləmələri etmək üçün davamlı texniki xidmət tələb oluna bilər. Bu xidmətlər adətən aylıq xərclərlə həyata keçirilir.
E-ticarət saytınızı qurduqdan sonra onu necə idarə edəcəyiniz mövzusu üçün E-Ticarət Saytının İdarə Edilməsi Nədir, Necə Edilir? başlıqlı məqaləmizə göz gəzdirə bilərsiniz.
