Site Logo

Dil Seçin
Bizi Arayın
0212 48 000 48 Hafta içi 09:00 - 19:00 | Cumartesi 09:00 - 14:00
Bize Yazın

Dünyanın farklı lokasyonlardaki ofislerimizin iletişim bilgilerine ulaşın, e-ticaret ile ilgili merak ettiğiniz her konuda bizimle iletişime geçin.

Teknik Destek

E-ticaret yazılımlarımızı kullanan müşterilerimize hem telefon ile, hem de ticket ile destek vermekteyiz.

Virtual Mağaza Nədir? Üstünlükləri Nələrdir?

Virtual Mağaza Nədir? Üstünlükləri Nələrdir?

Hər gün milyonlarla insan internetdən alış-veriş etməyin rahatlığını təcrübədən keçirir. Oturduqları yerdən sifariş verərək zaman və məkan məhdudiyyəti olmadan ehtiyaclarını qarşılamaq müasir dövrdə bütün dünyadakı istehlakçıların əsas vərdişlərindən birinə çevrilib. Bəs, brendlər üçün vəziyyət necədir? Hər gün müəyyən bir ərazidə yaşayan istehlakçılara xitab edən fiziki mağazamı, yoxsa internetin əlçatan olduğu dünyanın hər hansı bir yerindən insanların alış-veriş edə bildiyi virtual mağazamı? Siz cavabı düşünərkən yazının davamını oxuyaraq virtual mağaza nədir, necə açılır, açmaq üçün nələr lazımdır və virtual mağaza açmağın üstünlükləri nələrdir suallarının hər birinə cavab tapa bilərsiniz.

Virtual Mağaza Nədir? Necə Açılır?

Bəs, virtual mağaza nə deməkdir? Virtual mağaza fiziki mağazanın rəqəmsal versiyasıdır və onlayn platformalar üzərində qurulur. Bu mağazalar müştərilərə müxtəlif məhsul və xidmətlər təqdim edir və adətən bir veb-sayt və ya mobil tətbiq vasitəsilə əlçatan olur. Uğurlu virtual mağazanın əsas xüsusiyyətləri isə aşağıdakı siyahıda qeyd olunub:

  • Təhlükəsiz Ödəniş Sistemi: Virtual mağazalar müştərilərin alış-verişlərini təhlükəsiz şəkildə tamamlamaları üçün müxtəlif ödəniş seçimlərini dəstəkləyən və SSL sertifikatı ilə qorunan bir ödəniş sistemi təklif etməlidir; beləliklə, insanların zehnindəki virtual mağaza etibarlıdırmı sualına da cavab verilmiş olur.
  • Məhsul Kataloqu: Virtual mağazada təqdim olunan məhsullar həm müştərilərin daha rahat tapması, həm də internet saytının intizamlı görünüşü üçün kateqoriyalar üzrə təqdim edilməlidir. Müştərilər adətən məhsulları axtara bilməyi, filtrləməyi və kateqoriyalara görə nəzərdən keçirməyi üstün tuturlar.
  • Səbətin İdarə Edilməsi: E-ticarət saytlarında alış-veriş prosesinin son mərhələlərindən biri səbətə əlavəetmə prosesidir. Müştəri məhsulları səbətə əlavə etdikdə lazımi hallarda səbətini istədiyi kimi redaktə etmək də istəyir. Bu səbəbdən müştərilərin seçdikləri məhsulları səbətə əlavə edə biləcəkləri, səbətlərini redaktə edə biləcəkləri və alış-verişlərini tamamlaya biləcəkləri səbəti idarəetmə sistemi virtual mağazanın vazkeçilməz elementlərindəndir.
  • İstifadəçi Hesabları: Müştərilər əksər virtual mağazalardan alış-veriş edə bilmək üçün şəxsi məlumatları ilə həmin mağazada qeydiyyatdan keçməlidirlər. Dolayısı ilə, saytda qeydiyyatdan keçə biləcəkləri, hesablarını idarə edə biləcəkləri, sifariş tarixçəsini görə biləcəkləri və ünvan məlumatlarını yaddaşda saxlayacaqları istifadəçi hesabları bölməsinin olması mütləqdir.
  • Ünsiyyət Kanalları: Müştəri xidmətləri üçün telefon, e-poçt və ya canlı çat kimi müxtəlif ünsiyyət kanallarının olması və istifadəçilərin sual və şikayətlərini bildirə biləcəkləri əlaqə sisteminin mövcudluğu virtual mağazanın müştəri münasibətlərini idarə edə bilməsi üçün vacibdir.

Buradan da göründüyü kimi, virtual mağazalar istifadəçilərin istənilən zaman və məkanda alış-veriş etmələrinə şərait yaradır və biznes subyektlərinə daha geniş müştəri auditoriyası ilə qarşılıqlı əlaqə qurmaq imkanı təqdim edir. Bundan əlavə, ənənəvi mağazalarla müqayisədə daha aşağı əməliyyat xərcləri və daha az fiziki sahəyə ehtiyac duymaları baxımından da cəlbedicidir. Bu səbəblərə görə bir çox biznes subyekti virtual mağazalarını genişləndirmək və ya yalnız onlayn fəaliyyət göstərmək üçün addımlar atır.

Virtual Mağaza Açmaq Üçün Tələb Olunanlar

Onlayn mağaza nədir sualına cavab axtardığımız bu məqaləmizə virtual mağaza açmaq üçün lazımi məsələlərlə davam edirik. Aşağıdakı siyahıda virtual mağazanızı açarkən ehtiyac duyacağınız məlumatlarla tanış ola bilərsiniz:

  • Veb-Sayt və Brend Yaradılması: E-ticarət platformasından istifadə edərək veb-sayt yaradın və brend kimliyinizi müəyyənləşdirin. Veb-saytınızın dizaynını, loqotipini və rəng qammasını formalaşdıraraq brendinizi müştərilərə tanıtmaq üçün peşəkar görünüş əldə edin.
  • E-Ticarət İnfrastrukturu Əldə Edin: Biznesinizə uyğun e-ticarət infrastrukturu seçin. Xəyalınızdakı virtual mağaza ideyasını reallaşdırmaq üçün ehtiyac duyacağınız həllər baxımından bu xidməti təqdim edən peşəkarlardan dəstək almaq en yaxşı yol olacaqdır. Bu çərçivədə, xüsusilə internetdən satış etməyə yeni başlayanlar üçün təqdim olunan e-ticarət inteqrasiya paketləri araşdırıla bilər.
  • Biznes Planın Tərtibi: Biznes plan biznes məqsədlərinizi, satış strategiyalarınızı, marketinq planlarınızı və maliyyə proqnozlarınızı özündə əks etdirən fəaliyyət xəritəsidir. Biznes planınızı tərtib edin və müəssisənizin necə inkişaf edəcəyinə dair baxış bucağı müəyyənləşdirin.
  • Məhsul Təchizatı: Satmağı planlaşdırdığınız məhsul və ya xidmətləri əldə edin. Təchizatçılarla müqavilələr bağlayın və anbar ehtiyatlarının idarə olunması üçün lazımi tədbirləri görün.
  • Məhsul və Hədəf Auditoriyanın Müəyyənləşdirilməsi: Hansı məhsul və ya xidmətləri satmağı planlaşdırdığınıza qərar verin və hədəf auditoriyanızı müəyyənləşdirin. Hansı bazar seqmentlərinə xitab etmək istədiyinizi və hansı müştəri ehtiyaclarını qarşılamaq istədiyinizi dəqiqləşdirin.
  • Ödəniş və Çatdırılma Xidmətləri Tənzimləmələri: Təhlükəsiz ödəniş sistemi seçin və kredit kartı, bank köçürməsi kimi müxtəlif ödəniş seçimlərini müştərilərə təqdim edin. Həmçinin kuryer və çatdırılma xidməti provayderləri ilə müqavilələr bağlayın və sifarişlərinizi müştərilərə vaxtında çatdırmaq üçün logistika proseslərinizi idarə edin.

Müvafiq Məzmun: E-Ticarət Üçün Doğru Ödəniş Üsulu Necə Seçilir?

  • Marketinq və Təşviqat: Biznesinizi tanıtmaq və potensial müştərilərə çatmaq üçün müxtəlif marketinq kanallarından istifadə edin. Sosial media, axtarış sistemlərinin optimizasiyası (SEO), e-poçt marketinqi və digər rəqəmsal marketinq strategiyalarından tətbiq edərək müştəri bazanızı genişləndirin.
  • Müştəri Xidmətləri və Dəstək:Virtual mağaza açmaq üçün tələb olunanlar sırasında müştəri dəstək sistemləri də yer alır. Müştəri məmnuniyyətini təmin etmək üçün effektiv müştəri xidmətləri və dəstək mexanizmləri yaradın. Müştərilərin suallarını cavablandırın, şikayətlərə baxın və müsbət müştəri təcrübəsi formalaşdırmaq üçün səy göstərin.

Virtual Mağaza Açmağın Üstünlükləri

Virtual mağaza açmaq özü ilə bir çox üstünlüklər də gətirir. Aşağıdakı siyahıda virtual mağazaların biznes subyektləri üçün faydalarını görə bilərsiniz:

  • Daha Geniş Müştəri Auditoriyası
  • Aşağı Əməliyyat Xərcləri
  • 7/24 Əlçatanlıq
  • Daha Çevik Satış Kanalları
  • Daha Sürətli və Asan Satış Prosesi
  • Daha Asan İzləmə və Təhlil
Paylaş
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce