
Mobil Tətbiq Nədir? Mobil Tətbiqlərin E-Ticarətdəki Rolu
İstədiyiniz musiqini zaman və məkan məhdudiyyəti olmadan dinləməyinizə, gedəcəyiniz ünvanı ən qısa yolla rahatlıqla tapmağınıza, evinizin ehtiyaclarını qapınıza qədər gətirtməyinizə, maraq dairənizə uyğun xəbərləri istədiyiniz an izləməyinizə, müştərilərinizin ehtiyaclarını anında nəzarətdə saxlamağınıza və daha bir çox imkana sahib olmağınıza kömək edən mobil tətbiqlər həyatımızın hər anında yanınızdadır.
Bəs, təfərrüatı ilə mobil tətbiq nədir? Ne işə yarayır? Türkiyədə və dünyada ən çox istifadə olunan mobil tətbiqlər hansılardır? Gəlin, bu sualların cavabına birlikdə daha yaxından baxaq!
Mobil Tətbiq Nədir?
Dünya üzrə 18-47 yaş aralığındakı şəxslər arasında aparılan bir araşdırma mobil telefon istifadəsi ilə bağlı son dərəcə diqqətçəkən faktları üzə çıxarır. Buna əsasən, araşdırmada iştirak edənlərin yarısından çoxu telefonlarını hətta ayaqyoluna aparır, gün ərzində orta hesabla beş saat telefon ekranına baxırlar. Bu şəxslərin yenə yarısından çoxu eyni məkanda olduqları digər insanlarla mesajlaşaraq ünsiyyət qurmağa üstünlük verir. İnsanların 47%-nin telefonlarının zaryadkası azaldıqda təşviş səviyyəsi artır. Hətta, inanmaq çətin olsa da, orta statistik bir istifadəçi hər gün 13,2 metrlik ekran sürüşdürmə (scroll) əməliyyatı həyata keçirir. Bütün bu məlumatları nəzərə aldıqda mobil tətbiqlərin brendlər üçün nə dərəcədə əhəmiyyətli ola biləcəyini anlaya bilərik. Bəs, mobil tətbiqlər nədir?
Budur cavab: Mobil tətbiq; smartfon, planşet və ya digər daşına bilən cihazlar üçün xüsusi olaraq hazırlanmış proqram təminatıdır. Bu proqramlar istifadəçilərin müəyyən funksiyaları yerinə yetirmələrinə, məzmun istehlak etmələrinə və ya qarşılıqlı əlaqədə olmalarına imkan yaradır. Adətən iOS və ya Android kimi əməliyyat sistemi platformalarına özəl olaraq hazırlanan mobil tətbiqlər insanların cihazlarından istifadə edərək müxtəlif tapşırıqları icra etmələrini təmin edir. Nümunə olaraq sosial media tətbiqləri, oyunlar, xəbər tətbiqləri, e-ticarət platformaları və hava proqnozu tətbiqləri kimi müxtəlif kateqoriyalarda çoxsaylı mobil e-ticarət tətbiqi mövcuddur.
Native Mobil Tətbiq Nədir?
Orijinal mobil tətbiqlərdən bəhs etmişkən native mobil tətbiq nədir məsələsinə də aydınlıq gətirməkdə fayda var. Native (yerli/doğma) mobil tətbiqlər adətən iOS və ya Android kimi müəyyən bir platforma üçün xüsusi olaraq işlənib hazırlanan və platformanın təqdim etdiyi SDK-ları, yəni Proqram Təminatının İnkişafı Dəstlərini (Software Development Kit) və proqramlaşdırma dillərini istifadə edən tətbiqlərdir. Bu növ tətbiqlər müəyyən bir əməliyyat sistemi üçün optimallaşdırılmış məhsuldarlıq, istifadəçi təcrübəsi və əlçatanlıq təklif edir. Hər platforma üçün ayrı-ayrı işlənib hazırlanan və adətən platformanın təqdim etdiyi alətlər və API-lər, yəni Tətbiq Proqramlaşdırma Interfeysləri istifadə olunaraq konfiqurasiya edilən native mobil tətbiqlərdə bu səbəbdən iOS üçün Swift və ya Objective-C, Android üçün isə Java və ya Kotlin kimi platformaya özəl proqramlaşdırma dillərindən istifadə oluna bilər.
Bütün bunlara əlavə olaraq native mobil tətbiqlər; kamera çıxışı, GPS və ya push bildirişləri kimi platformanın təqdim etdiyi bütün funksiyalara tam çıxış imkanı yaradır və adətən ən yüksək məhsuldarlığı və ən yaxşı istifadəçi təcrübəsini təmin edir. Lakin müxtəlif platformalar üçün ayrı-ayrı hazırlanmalı və idarə olunmalı olduqları üçün bu, bəzi hallarda daha çox resurs və vaxt tələb edə bilər. Xülasə, native mobil tətbiqlər müəyyən bir əməliyyat sistemi üçün optimallaşdırılmış və həmin platformanın təqdim etdiyi bütün imkanlardan istifadə edə bilən tətbiqlərdir.
Mobil Tətbiq ilə E-Ticarəti Yenidən Formalaşdırmaq Mümkündür
Təxmin etdiyiniz kimi, e-ticarətdə mobil tətbiq hazırlamaq prosesi brendlər və təşkilatlar üçün vazkeçilməz məsələlər sırasındadır. Mobil tətbiqi olan bir brend masaüstü cihazlarla yanaşı, mobil istifadə edən hər kəsə çatmağı da bacarır deməkdir. Üstəlik, bu sayədə müştəri bazasını yerli səviyyədən qlobal səviyyəyə doğru böyütmək də son dərəcə real olur. Məsələn, T-Soft Mobil-in güclü və effektiv mobil tətbiq həlləri sayəsində rəqəmsal dünyada inkişaf etmək və daha çox müştəriyə çatmaq son dərəcə asandır. Tətbiqin bəzi üstün xüsusiyyətlərinə aşağıdakılar daxildir:
- Filtrləmə: Filtrləmə funksiyası ilə axtardığınız məhsulları istədiyiniz kriteriyaya görə filtrləyib asanlıqla tapmağınız mümkün olur.
- Tətbiqdaxili Axtarış: Tətbiqin daxilində axtarış sistemi yer alır. Bu axtarış sistemindən istifadə edərək ehtiyac duyduğunuz məhsulları axtara bilər, çoxsaylı məhsul arasından istədiyinizə qısa müddətdə çata bilərsiniz.
- Ətraflı Kateqoriya Strukturu: T-Soft Mobil geniş və təfərrüatlı kateqoriya strukturuna malikdir. Bu kateqoriya strukturu sayəsində istədiyiniz məhsula qarışıqlıq yaşamadan rahatlıqla daxil ola bilərsiniz.
- Səbətin İdarə Edilməsi: Məhsulları satın almaq üçün səbətə əlavə etdikdə səbətdəki məhsulları istədiyiniz kimi idarə etmək T-Soft Mobil tətbiqi ilə çox rahatdır. Məhsul sayını artırıb-azaltmaq, almaqdan imtina etdiyiniz məhsulları səbətdən silmək və ya bəyəndiklərinizi seçilmişlərə (favorilərə) köçürmək üçün tək bir klik kifayətdir.
- Sifarişin Vəziyyəti: T-Soft Mobil-də tətbiq vasitəsilə verdiyiniz cari və keçmiş sifarişləri izləyə biləcəyiniz Sifarişlər ekranı mövcuddur. Bu ekran üzərindən sifarişlərinizin vəziyyətini rahatlıqla görüb nəzarətdə saxlaya bilərsiniz.
- Məhsul Rəyləri: Məhsulları sizdən əvvəl satın almış istifadəçilərin məhsullar haqqındakı fikirləri son dərəcə vacibdir. Bu səbəbdən siz də T-Soft Mobil üzərindən alış-veriş etməzdən əvvəl məhsul rəylərini nəzərdən keçirərək qərar verə bilərsiniz.
- İnteraktiv Vitrin: T-Soft Mobil-in bu funksiyası ilə istər e-ticarət saytınızda, istərsə də mobil tətbiqinizdə keçirəcəyiniz kampaniyalar üçün bannerlər hazırlamağınız mümkündür.
- Siyahılama: Məhsul siyahısını kataloq və ya siyahı şəklində görməyinizə imkan verən bu funksiya istifadəçilərin ən sevdiklərindəndir.
- Təkmilləşdirilmiş Zoom (Yaxınlaşdırma): Tətbiqdəki şəkillərə daha yaxından baxmaq üçün T-Soft Mobil-dəki təkmilləşdirilmiş zoom funksiyası ideal seçimdir.
- Rəng Seçimi: Ən bəyəndiyiniz və satınalma prosesinə uyğun dizaynı formalaşdırmaq üçün saytınıza uyğun rəng seçimini buradan rahatlıqla edə bilərsiniz.
- Çoxdilli və Çoxvalyutalı Seçim İmkanı: Mobil tətbiqinizdə birdən çox dildən və valyutadan istifadə etməyinizə imkan yaradan bu funksiya T-Soft Mobil ilə istifadəçilərə təqdim olunur.
- Ən Yaxın Mağaza: Bulunduğunuz yerləşməyə (konuma) əsasən mağazalara olan məsafəni görmək bu funksiya sayəsində mümkün olur.