Site Logo

Dil Seçin
Bizi Arayın
0212 48 000 48 Hafta içi 09:00 - 19:00 | Cumartesi 09:00 - 14:00
Bize Yazın

Dünyanın farklı lokasyonlardaki ofislerimizin iletişim bilgilerine ulaşın, e-ticaret ile ilgili merak ettiğiniz her konuda bizimle iletişime geçin.

Teknik Destek

E-ticaret yazılımlarımızı kullanan müşterilerimize hem telefon ile, hem de ticket ile destek vermekteyiz.

Elektron Ticarətlə Xaricə Satış Etməyin Yolları

E-Ticarət ilə Xaricə Satış Etməyin Yolları

E-ixracat olaraq adlandırılan xaricə onlayn satış müasir ticarətin mühüm sahələri arasında yer alır. Toxuculuqdan (tekstildən) kosmetikaya, səhiyyə məhsullarından qidaya, tibbi avadanlıqlardan turizmə qədər bir çox fərqli sektora aid məhsul və xidmətlər xaricə satış strategiyanızda yer ala bilər. Oxumağa davam edərək onlayn olaraq xaricə satıla bilən məhsullar və xaricə satış etməyin müxtəlif yolları haqqında məlumat əldə edə bilərsiniz.

E-Ticarət Üçün Xarici Bazar Araşdırması Necə Həyata Keçirilir?

Xaricə məhsul satışı etməyin ilk addımlarından biri bazarı yaxşıca təhlil etməkdən keçir. Məhsul və ya xidmətlərin satışını həyata keçirəcəyiniz bazarı tanımadan satış strategiyanızı doğru şəkildə qurmağınız xeyli çətin olacaqdır. Bu səbəbdən e-ticarətdə xarici bazar araşdırması necə aparılır sualının cavabını sizin üçün aşağıdakı siyahıda sıraladıq:

  • İlk addım olaraq hansı ölkə və ya regionda satış etməyi planlaşdırdığınızı müəyyənləşdirməlisiniz. Potensial bazarlar haqqında ümumi məlumat toplayaraq hədəf auditoriyanızın yaşadığı ölkələri və ya regionları müəyyən etməyiniz lazımdır. Bu prosesdə əhali sayı, iqtisadi vəziyyət, internet istifadəsi, rəqəmsal ödəniş vərdişləri kimi faktorları nəzərə almaq son dərəcə vacibdir. Hədəf bazarlarınızı müəyyənləşdirərkən məhsullarınıza tələbat olacaq mədəni və ya demoqrafik xüsusiyyətlərə malik ölkələri seçməyi də unutmayın.
  • Hədəf bazardakı e-ticarət sektorunun həcmini və məhsullarınız üçün mövcud olan tələbatı təhlil edin. Rəsmi statistika qurumları, beynəlxalq ticarət hesabatları və e-ticarət tədqiqat şirkətlərindən əldə edilən məlumatlarla bazarın həcmini, artım templərini və trendləri müəyyənləşdirə bilərsiniz. Bu məsələdə resurs və məlumat qıtlığı çəkəcəyinizi düşünürsünüzsə, bu sahədə səlahiyyətli peşəkarlarla əlaqə saxlayaraq dəstək ala bilərsiniz.
  • E-ticarətdə xarici bazar araşdırmasının mühüm mərhələləri arasında yer alan rəqib təhlili sayəsində rəqib şirkətlərin məhsul çeşidini, qiymət strategiyalarını, müştəri rəylərini və marketinq kampaniyalarını araşdıraraq öz strategiyanızı inkişaf etdirə bilərsiniz. Həmçinin hansı məhsulların daha çox satıldığını, hansı məhsulların çatışmadığını və rəqiblərin hansı kanallardan istifadə etdiyini təhlil edə bilərsiniz. Hətta rəqəmsal reklam və kütləvi SEO əməliyyatlarının tək bir yerdə izah edildiyi resurslardan yararlanaraq vaxtdan daha effektiv istifadə etməyiniz də mümkündür.
  • Bütün bunlara əlavə olaraq istehlakçı davranışlarının təhlili də son dərəcə qiymətlidir. Hansı platformaların ən çox istifadə edildiyi, istehlakçıların hansı ödəniş üsullarına üstünlük verdiyi, alış-veriş tezliyi və orta səbət həcmi kimi məlumatları araşdıra bilərsiniz. Sorğular, istifadəçi rəyləri, sosial media izləmə alətləri və regional e-ticarət hesabatları bu məsələdə faydalı ola bilər. Həmçinin mədəni fərqlilikləri nəzərə alaraq istehlakçı gözləntilərini və satınalma qərarlarına təsir edən amilləri araşdırmalısınız.
  • Hədəf bazara məhsul göndərilməsi üçün ən uyğun logistika həllərini və təchizat zənciri strategiyalarını müəyyənləşdirin. Məhsullarınızı necə saxlayacağınızı (anbarlaşdıracağınızı), hansı daşıma üsullarından istifadə edəcəyinizi və çatdırılma müddətlərini nəzərə alın. Əlavə olaraq, yerli logistika təminatçıları ilə əməkdaşlıq edərək xərcləri azalda və çatdırılma proseslərini optimallaşdıra bilərsiniz. Bu prosesdə yerli paylama mərkəzlərinin yerləşməsi, karqo xərcləri və çatdırılma sürəti kimi faktorları nəzərə almaq da son dərəcə vacibdir.

Logistika demişkən, E-Ticarətdə Logistika və Karqo İdarəetməsi başlıqlı məqaləmizi oxuyaraq e-ticarət sahəsindəki karqo processesləri haqqında da ətraflı məlumat əldə edə bilərsiniz.

Xaricə Satışlar Üçün E-Ticarət Strategiyaları

Xaricdən onlayn alış-verişə şərait yaradan xaricə satış doğru strategiya ilə həyata keçirildikdə uğur qazana biləcək bir biznes modelidir. Lokallaşdırma, təhlükəsiz beynəlxalq ödəniş sistemləri, logistika, müştəri xidmətləri, reklam və marketinq fəaliyyətləri baxımından doğru tərəfdaşlarla işlədikdə siz də biznesinizi ölkə hüdudlarından kənarda böyüdə bilərsiniz.

Təhlükəsiz Beynəlxalq Ödəniş Strategiyaları

Bildiyiniz kimi, fərqli ölkələrdə fərqli ödəniş üsullarına üstünlük verilə bilər. Kredit kartları, PayPal və Apple Pay kimi rəqəmsal pul kisələri, yerli ödəniş sistemləri və hissə-hissə (taksitlə) ödəniş seçimləri kimi geniş spektri əhatə edən ödəniş üsulları təqdim edərək müştərilərinizə rahatlıq yaradın. Həmçinin valyuta məzənnələri ilə bağlı yenilənmiş məlumatlar təqdim edərək müştərilərin yerli valyuta ilə ödəniş etmələrini mümkün edin. Etibarlı ödəniş təminatçılarından istifadə edərək beynəlxalq ödənişlərdə təhlükəsizliyi ön plana çıxarın.

Lokallaşdırma Strategiyaları

Hədəf bazarlarınızın dilinə və mədəniyyətinə uyğunlaşmaq müştəri etibarını və satışları artırmağın ən əsas yollarından biridir. Veb-saytınızı, məhsul təsvirlərini, müştəri xidmətlərini və ödəniş seçimlərini hədəf bazara uyğun şəkildə lokallaşdırmalısınız. Həmçinin fərqli dil seçimləri təqdim edərək müştərilərin öz ana dillərində alış-veriş etmələrini təmin etməlisiniz. Bundan başqa, marketinq kampaniyalarınızı regional bayramları, mədəni həssaslıqları və yerli alış-veriş vərdişlərini nəzərə alaraq uyğunlaşdırmağı da unutmayın.

Logistika Strategiyaları

Beynəlxalq logistika xaricə satışlar üçün kritik bir elementdir. Fərqli regionlardakı müştərilərinizə sürətli və etibarlı çatdırılma təklif etmək üçün qlobal logistika təminatçıları ilə əməkdaşlıq edin. Anbarlaşdırma, gömrük rəsmiləşdirilməsi və karqo xərclərini optimallaşdırmaq üçün yerli paylama mərkəzləri qurmağı da düşünə bilərsiniz. Eyni zamanda, çatdırılma seçimləri arasında sürətli karqo, standart karqo və ödənişsiz karqo kimi alternativlər təqdim edərək müştərilərinizə çeviklik yaradın. Karqo proseslərini şəffaf şəkildə izləmə imkanı verərək müştəri məmnuniyyətini artıra bilərsiniz.

Qlobal Reklam Strategiyaları

Hədəf bazarlarda görünürlüyünüzü artırmaq üçün qlobal marketinq və SEO strategiyaları hazırlamalısınız. Hədəflədiyiniz ölkələrdə ən çox istifadə olunan axtarış sistemlərinə yönəlik optimizasiyalar aparın və yerli açar sözlərdən istifadə edərək məzmunlar formalaşdırın. Eyni zamanda rəqəmsal marketinq strategiyalarınızı da lokallaşdırın. Sosial media reklamları, influencer marketinqi, e-poçt kampaniyaları və yerli rəqəmsal marketinq kanalları vasitəsilə hədəf bazarınızdakı müştərilərə çatın.

Qiymət Strategiyaları

Beynəlxalq bazarlarda uğur qazanmaq üçün çevik qiymət strategiyası hazırlamaq son dərəcə mühümdür. Valyuta məzənnələrindəki tərəddüdlər (dalğalanmalar) səbəbindən qiymətlərinizə müntəzəm olaraq nəzər salın və yeniləyin. Yerli bazar dinamikasına uyğun qiymət səviyyələri müəyyənləşdirərək rəqabətədavamlı qalın. Həmçinin müştərilərə sabit valyuta məzənnəsi zəmanəti təqdim edərək qeyri-müəyyənlikləri azalda bilərsiniz. Qiymət strategiyanızı formalaşdırarkən gömrük rüsumları, karqo xərcləri və yerli vergiləri də nəzərə alın.

Xaricə Satış Üçün E-Ticarət Proqram Təminatları

Xaricə satış üçün tələb olunan e-ticarət proqram təminatlarından istifadə edərək işinizi çox daha asanlaşdırmağınız mümkündür. Sizlər üçün sıraladığımız aşağıdakı siyahını nəzərdən keçirərək T-Soft-un çoxdilli dəstəyindən inteqrasiya olunmuş logistika xidmətlərinə qədər çoxşaxəli servislərdən necə faydalana biləcəyinizi öyrənə bilərsiniz:

  • Təhlükəsiz Ödəniş Sistemləri: Xaricə satışlarda təhlükəsiz və müxtəlif ödəniş seçimləri təqdim etmək çox vacibdir. T-Soft beynəlxalq ödəniş sistemləri ilə tam inteqrasiya olunmuş şəkildə işləyərək müştərilərinizə təhlükəsiz və rahat alış-veriş təcrübəsi təqdim edir. PayPal və Stripe kimi dünya üzrə geniş istifadə olunan ödəniş üsulları ilə inteqrasiyanı təmin edən T-Soft ilə, həmçinin ödəniş proseslərində valyuta məzənnələri ilə bağlı yenilənmələr aparılaraq müştərilərin yerli valyutalarda ödəniş etməsi də təmin olunur.
  • Omni-Channel (Çoxkanallı) Satış: Xaricə satışlarda birdən çox kanalda mövcud olmaq son dərəcə mühümdür. T-Soft, omni-channel olaraq da bilinən çoxkanallı satış idarəetməsi xidməti ilə məhsullarınızı fərqli onlayn xarici alış-veriş saytlarında və sosial media platformalarında satmağınıza şərait yaradır. Bu funksiya müştəri bazanızı genişləndirməyə və fərqli coğrafi regionlardakı müştərilərə çatmağınıza imkan verir. T-Soft-un bu çoxkanallı satış inteqrasiyası anbar ehtiyatlarının idarə olunmasını və sifariş proseslərini tək bir platformadan idarə etməyi asanlaşdırdığı üçün çox dəyərlidir.
  • Çoxdilli və Çoxvalyutalı Dəstək: Xaricə satışlar üçün ən mühüm tələblərdən biri, təxmin etdiyiniz kimi, fərqli dillərdə və valyutalarda xidmət təqdim edə bilməkdir. T-Soft çoxdilli dəstək və fərqli valyutaları idarəetmə imkanı təqdim edərək müəssisələrin qlobal müştəri auditoriyasına xitab etməsini asanlaşdırır. Bu funksiya istifadəçilərin öz dillərində alış-veriş etmələrinə imkan verərkən valyuta məzənnəsi hesablamaları ilə bağlı mürəkkəblikləri də aradan qaldırır. Bu sayədə müştəri təcrübəsi təkmilləşir və beynəlxalq satışlar artır.
  • İnteqrasiya Olunmuş Logistika Həlləri: Beynəlxalq satışlar üçün logistika proseslərinin effektiv şəkildə idarə olunması lazımdır. T-Soft beynəlxalq logistika inteqrasiyaları və karqo izləmə sistemləri sayəsində xaricə satışlar üçün güclü altyapı təmin edir. Fərqli karqo şirkətləri ilə həyata keçirilən inteqrasiyalarla məhsullarınızı dünya üzrə müştərilərinizə sürətli və etibarlı şəkildə çatdıra bilərsiniz. Həmçinin T-Soft-un karqo xərclərini optimallaşdırma alətləri beynəlxalq daşıma xərclərini azaltmağınıza da kömək edir.

Əlavə olaraq elektron ixracat (e-ixracat) mövzusu ilə əlaqədar E-İxracat Necə Həyata Keçirilir? başlıqlı məqaləmizə nəzər salaraq onlayn xaricə satışın necə aparılacağı haqqında detallı başqa bir resursa keçid edə bilərsiniz.

Paylaş
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce