Site Logo

Dil Seçin
Bizi Arayın
0212 48 000 48 Hafta içi 09:00 - 19:00 | Cumartesi 09:00 - 14:00
Bize Yazın

Dünyanın farklı lokasyonlardaki ofislerimizin iletişim bilgilerine ulaşın, e-ticaret ile ilgili merak ettiğiniz her konuda bizimle iletişime geçin.

Teknik Destek

E-ticaret yazılımlarımızı kullanan müşterilerimize hem telefon ile, hem de ticket ile destek vermekteyiz.

E-ticarət Conversion Rate (Dönüşüm Nisbəti) Nədir?

E-Ticarət Conversion Rate (Konversiya Dərəcəsi) Nədir?

Günümüzdə rəqabət yaratmaq baxımından çox geniş imkanlar təqdim edən e-ticarət dünyası dünyanın demək olar ki, hər nöqtəsində özünə fəaliyyət sahəsi tapır. Sürətli və intensiv rəqabətin yaşandığı bu sahədə brendlərin uğuru üçün çox müxtəlif metrikalar dövrəyə girir. Bu metrikalardan biri də "conversion rate", yəni konversiya dərəcəsidir (dönüşüm oranı). Konversiya dərəcəsi nədir sualına qısaca, veb-saytı ziyarət edən istifadəçilərin ziyarətlərinin müəyyən bir hərəkətə çevrilməsi şəklində cavab vermək olar. Bu hərəkət; satın alma əməliyyatından forma doldurmağa, e-bülletenə və ya veb-sayta abunə olmağa qədər müxtəlif amilləri əhatə edir.

E-ticarətdə təhlil aparmaq çox mühümdür. Aparılan təhlillər nəticəsində hədəf auditoriyanın üstünlük verdiyi məqamlar müəyyənləşdirilir və reklam kampaniyalarından məhsul seçiminə, məhsulun mövqeləndirilməsindən satışlara qədər bir çox amil cari göstəricilərə əsasən tənzimlənir. T-Soft olaraq təqdim etdiyimiz e-ticarət həllərində məlumatlarınızı asanlıqla təhlil edə bilər, fəaliyyətlərinizin uğurunu ölçə bilərsiniz.

E-Ticarət Konversiya Dərəcəsi Nədir?

Konversiya dərəcəsi rəqəmsal marketinq performansının ölçülməsində istifadə olunan mühüm göstəricilərdəndir. E-ticarətdə konversiya dərəcəsi veb-saytı ziyarət edən şəxslərdən neçə nəfərinin satın alma əməliyyatını həyata keçirdiyini ölçür və göstəriciləri faizlə ifadə edir.

Gündə 100 ziyarətçi qəbul edən bir saytdan 3 nəfər satın alma əməliyyatı edirsə, konversiya dərəcəsinin %3 olduğunu göstərir. Konversiya dərəcəsi yüksəkdirsə, doğru hədəf auditoriyaya yönəlik doğru məhsul və ya xidmətin bazara çıxarıldığının göstəricisidir. Bu səbəbdən də konversiya dərəcəsini artırmaq brendlərin mühüm hədəfləri arasındadır.

E-Ticarət Konversiya Dərəcəsi Necə Hesablanır?

Konversiya dərəcəsinin hesablanması düsturu qısaca aşağıdakı kimidir;

  • Konversiya Dərəcəsi = Ümumi Satış / Ziyarətçi Sayı
  • Məsələn, 2000 keçiddən (klikdən) sonra 80 satış əməliyyatı reallaşırsa, (80/2000) konversiya dərəcəsi %4-dür.

Konversiya dərəcəsinin müəssisədəki uğuru və veb-saytın səmərəliliyini qiymətləndirmək üçün oldukça mühüm bir göstərici olduğunu demək mümkündür.

Konversiya Dərəcəsinin Optimizasiyası (CRO)

CRO və ya konversiya dərəcəsinin optimizasiyası olaraq bilinən anlayış e-ticarət saytlarının konversiya dərəcəsini artırmaq üçün formalaşdırdığı strategiya və texnikaları əhatə edir. Bir çox faktordan ibarət olan CRO üçün fərqli ehtiyaclara uyğun fərqli strategiyalar mövcuddur. Bunlardan birincisi A/B testləridir. A/B testləri ziyarətçilərin veb-saytın fərqli elementlərinə qədər araşdırılmasından ibarətdir. Buna əsasən başlıq, mətn, düymə rəngi kimi göstəricilərin fərqli versiyaları yaradılaraq təhlil aparılır. Ziyarətçinin konversiya dərəcələrinə əsasən test prosesi reallaşır.

İstifadəçi təcrübəsinin (UX) təkmilləşdirilməsi də mühüm bir məqamdır. Veb-saytı gəzərkən potensial müştərinin işini asanlaşdırmaq üçün sürət artırılır və istifadəçi dostu bir təcrübə təqdim olunur. Bu sayədə müştərinin konversiya dərəcəsini artırmaq hədəflənir. Veb-saytlarda mobil uyğun dizayn konversiya dərəcələrini artıran bir faktordur. Ayrıca sayt idarəçilərinin istifadəçi rəylərini araşdırması və saytı daha yaxşı vəziyyətə gətirməsi də CRO məsələsində mühüm bir taktikadır. E-ticarət saytının tələblərə cavab verməsi və özünü təkmilləşdirməsi ziyarətçilərin müştəriyə çevrilməsində oldukça mühüm rol oynayır. Konversiya dərəcəsinin izlənilməsi doğru hədəf auditoriyaya çatdığınızı göstərən mühüm bir vasitə olacaqdır.

T-Soft e-ticarət həllərimizdə yüksək konversiya dərəcələri əldə etməyinizi təmin edəcək xidmətləri sizə təqdim edirik. Doğru hədəf auditoriyanıza ən sürətli şəkildə çata bilər, onların sadiqliyini təmin edə bilərsiniz. Reklam idarəçiliyindən kampaniya idarəçiliyinə, istifadəçi dostu mobil interfeysindən sizə özəl həllərinə qədər sizi satış hədəflərinizə çatdıracaq üstünlüklərimizi kəşf edə bilərsiniz.

Paylaş
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce